emeyin-muhafizesi-ve-texniki-tehlukesizlik-felsefesi

“Bakı Qida və Yağ Fabriki” MMC insan faktoruna dəyər verir, bütün əməkdaşlarına sağlam və təhlükəsizlik iş şəraiti yaradır, eyni zamanda risklərin minimal endirilməsini qarşısına məqsəd qoymuşdur.
Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Sistemi həyata keçirilərək, vaxtaşırı yoxlanılır və lazımi tədbirlər görülür.
Bu məqsədlə:
· Azərbaycan Respublikası Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qanunlarına riayət edir,
· Hər bir əməkdaş Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik kursları ilə təmin olunur və kurslar vaxtaşırı təkrarlanır,
· Əmələ gələn peşə xəstəlikləri və iş qəzaları statistik analiz edilir və təkrarlanmaması üçün təkmilləşdirici təkliflər dəyərləndirilir,
· Peşə xəstəliklərinin və hər hansı bir qəzaların baş verməməsi üçün, risklər dəyərləndirilir, aparılan işlər müşahidə olunur və lazımi tədbirlər görülür.
· Çıxabiləcək təhlükələrin ən qısa zamanda və az zərərlə aradan qaldırılması üçün fövqəladə hallara qarşı tədbirlər görülür.
· Layihələndirmə mərhələsində yeni məhsul, avadanlıq və proseslər Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik baxımından dəyərləndirilir.
· Əməkdaşlar və Podratçı təşkilatlar Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qanunlarına cəlb edilir, nəzarət altında qanunlara riayət olunması tələb olunur.
· Risklərin minimala endirilməsi üçün, bütün əməkdaşların iştirakı ilə həvəsləndirici tədbirlər həyata keçirilir.
· Görülən Texniki Təhlükəsizlik tədbirləri Azərbaycan Respublikası Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik tələblərinə əsasən sənədləşdirilir.
“Bakı Qida və Yağ Fabriki” MMC-də işləyən hər bir əməkdaş öz təhlükəsizliyinə və ətrafdakı əməkdaşların təhlükəsizliyinə görə məsuliyyət daşıyır.