Bu siyasətin məqsədi enerji səmərəliliyini artırmaq, xərcləri azaltmaq, enerji səmərəliliyi üçün kapital yatırımlarını optimallaşdırmaq, ətraf mühit üçün istixana qazı emissiyalarını azaltmaq və təbii resursları qorumaqdır. Bu istiqamətdə:
- Enerji ilə bağlı milli qanunvericiliyə və tələblərə, ISO 50001 standartının şərtlərinə riayət etməyi,
- Enerji performansını və enerji idarəetmə sistemini daim təkmilləşdirməyi,
- Enerji məqsəd və hədəflərinə çatmaq üçün zəruri məlumat və resursları təmin etməyi,
- Enerji baxımından səmərəli məhsul və xidmətlərin satın alınmasını dəstəkləməyi,
- Məhsul və proseslərin inkişafı, obyektlərin layihələndirilməsi zamanı enerji performansını nəzərə almağı,
- Ən sərfəli qiymətlə etibarlı enerji mənbələrinin davamlılığını təmin etməyi və enerji kəsintilərindən əməliyyatları qorumağı,
- Əməkdaşları enerji qənaəti mövzusunda maarifləndirməyi,
- Dünyada tətbiq olunan qabaqcıl enerji səmərəliliyi layihələrini və innovativ texnologiyaları tətbiq etməyi
öz üzərinə götürür.