BAKI YAĞ FABRİKİ

«Bakı Yağ Fabriki»nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. Bakı Yağ Fabrikində yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.

Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.

Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.

Azersun